Aqrar və turizm

Aqrar və turizm

 

Aqrar və turizmRəşidova Ülkər Şirzad qızı 1977-ci ildə Lənkəran rayonunun Parakənd kəndində müəllim ailəsində anadan olmuşdur. 1995-ci ildə Parakənd qəsəbə orta məktəbin 11-ci sinfini bitirib, Lənkəran Dövlət Universitetinin Yeyinti məhsullarının texnologiyası (subtropik bitkilərin texnologiyası ) ixtisasına qəbul olmuşdur. 1999-cu ildə bakalavr pilləsini bitirərək, həmin il “Qida məhsullarının texnologiyası” ixtisası üzrə magistraturaya qəbul olunmuşdur. Təhsil aldığı müddət ərzində LRHMM-nin AHÇL -da aparıcı kimyaçı,sonra baş kimyaçı işləmişdir. 2000-ci ildə “Ekologiya və həyat fəaliyyətinin mühafizəsi” III Beynəlxalq konfransının materialları kitabında “Çay istehsalında tullantılardan istifadə olunması “ adlı məqaləsi dərc olunmuşdur. 2001-ci ildə magistraturanı bitirib LRHMM-nin AHÇL-nın rəisi vəzifəsində işləmişdir.2018-ci ildən Astara Pedaqoji Kollecində Texnologiya müəllimi kimi fəaliyyətə başlamışdır.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, üç övladı var