13 may 2024-cü ildə Astara Pedaqoji Kollecinin tələbələrinə “İqlim dəyişikliyi və COP29” mövzusunda maarifləndirmə tədbiri keçirildi. Tədbirdə Meşə və meşə park ixtisasının IV kurs tələbələri və metodist müəllimlər iştirak edib.Ekologiya və təbii sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və təbii sərvətlər idarəsinin müdiri Bəxtiyar Hüseynovun verdiyi məlumatlar iştirakçılarda çox böyük maraq oyadıb.