14 may 2024-cü il tarixində Astara Pedaqoji Kollecində kollecin “Meşə və meşə park təsərrüfatı” ixtisası tələbələrinin iştirakı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tədbirlər planına əsasən “Yaşıl dünya naminə həmrəylik ili”ilə bağlı dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə kollecin Tədris işləri üzrə direktor müavini Əsgərzadə Aynur açaraq qlobal iqlim dəyişmələri və bu dəyişmələrin fəsadlarının Azərbaycanda təzahürü fonunda ölkədə görülən tədbirlər barədə məlumat verdi. “Meşə və meşə park təsərrüfatı” ixtisası tələbələrinin “Meşənin yanğından mühafizəsi” mövzusunda hazırladıqları videoçarx nümayiş olundu.