Astara Pedaqoji Kolleci – APK

Astara Pedaqoji Kolleci - APK

           Kollecdə 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi. 7 mart 2024-cü il tarixində Astara Pedaqoji Kollecində “8 Mart Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbir rəsmi və bədii hissədən ibarət olub. İlk öncə Vətən uğrunda canından keçən. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Şəhid atası, Astara Pedaqoji Kollecinin direktoru, professor Kamran Kazımov çıxış edərək bildirib ki, bizim üçün çox xoşdur ki, Respublikamızda gedən ictimai siyasi proseslərdə qadınların rolu artmış, dövlət idarəçiliyi sistemində onların lazımi səviyyədə təmsil olunmasına diqqət artırılmışdır. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan qadınlarına olan diqqət və qayğının bu gün də Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini vurğulayaraq kollecin bütün xanım əməkdaşlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmiş, onlara ailə səadəti, Azərbaycanımızın çiçəklənməsi naminə yorulmaz fəaliyyətlərində uğurlar arzulamışdır.  Sonra tədbir tələbələrin rəngarəng çıxışları ilə davam etmiş, videoçarx izlənilmişdir. Tədbirdə iştirak edən hər bir qadına qızılgül təqdim olunmuşdur.

Astara Pedaqoji Kolleci - APK
 
 
Astara Pedaqoji Kolleci - APK
 
 
Astara Pedaqoji Kolleci - APK
 
 
Astara Pedaqoji Kolleci - APK
 
 
Astara Pedaqoji Kolleci - APK