Astara Pedaqoji Kolleci – APK

Astara Pedaqoji Kolleci - APK
             Şəhid atası, Astara Pedaqoji Kollecinn direktoru, fil.e.d. Kamran Kazımov yazır: Dövlətin nüfuzu, onun liderinin nüfuzundan çox asılıdır…
“2003-cü ildən – Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq” –deyən Prezident İlham Əliyev 2024-cü ilin 7 fevralında növbəti qələbə ilə tarixə imza atdı.Bu qələbə xalqın qələbəsi kimi tarixə yazıldı. Ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş müstəqil Azərbaycanda ilk prezident seçkisi keçirildi. Keçirilən prezident seçkilərində İlham Əliyev inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçildi. Bu qələbə xalqın öz liderinə sarsılmaz inamından qaynaqlanmaqla, son iyirmi ildə görülən işlərə, qazanılan uğurlara verilən dəyərdir. Azərbaycan xalqı səsini İlham Əliyevə verməklə, Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqətini nümayiş etdirdi. Xalqın böyük iradəsi, yekdilliyi, uzaqgörənliyi sayəsində dövlətimizin bünövrəsini möhkəm dayaqlar üzərində quran, Azərbaycanı yoxdan yaradan Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyev yenidən Prezident seçildi, Azərbaycan xalqı işıqlı gələcəyini, sabit inkişafını təmin etmək üçün hakimiyyəti yenidən Zəfər liderinə etibar etdi. Bu bütöv Azərbaycanın dörd bir yanında ucalan üçrəngli bayrağın möhtəşəmliyinə işıq tutan qələbədir. Bu, sülhün, əmin-amanlığın, inkişafın, gələcəyin zəfəridir. Bu zəfərin mənbəyi olan xalq nizami ordu kimi seçki məntəqələrinə gedərək “Biz birlikdə güclüyük!” deyən İlham Əliyevin iradəsini, cəsarət və qətiyyətini, onu dünyada söz sahibi edən diplomatiyasını müdafiə etdi. .
Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimində bildirdi: “Azərbaycançılıq ideologiyası, azərbaycançılıq prinsipləri Azərbaycanda çoxdan bərqərar olub. Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan biri də məhz azərbaycançılıq məfkurəsidir. Biz – onun davamçıları isə bu müsbət meyilləri öz tərəfimizdən daha da gücləndiririk. Azərbaycanda yaşayan bütün xalqlar vahid, mehriban ailə kimi yaşayır. Bizim birliyimizi pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də buna nail ola bilməyiblər və heç vaxt nail ola bilməyəcəklər. Çünki biz hamımız bir amal uğrunda birləşmişik. Biz hamımız şəhidlər vermişik, qan tökmüşük. Erməni işğalçılara qarşı sinəmizi qabağa verib döyüşə getmişik”.
Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan hərbi qələbədən sonra ölkənin innovativ inkişafına yönələn fəaliyyət, iqtisadiyyatın dayanaqlılığı, ölkənin inkişaf strategiyasının davamlılığı və inklüzivliyi xalqın rifahına qulluq etməsini bir daha sübut etdi. Xalq son seçimlərdə də yanılmadı və seçiminə daha inamla əmin oldu.
İlham Əliyev ötən 20 ildə dövlətin sosial-siyasi, hərbi-iqtisadi, elmi-mədəni yüksəlişi ilə təsdiqlədi. 2003-cü ildə ilk andiçməsində dedi: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm:. Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”.
Cənab Prezident qısa bir müddətdə vədinə əməl etdi. İki onillik bir zaman kəsiyində “güclü iqtisadiyyat-güclü dövlət” formulunu reallaşdırdı.
Prezident seçkiləri bir dövrün yekunu, yeni bir dövrün başlanğıcı sayılır.
Biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlamışıq. Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən – uğurlu antiterror tədbirlərindən sonra başlayıb. Bir sutkadan da az çəkən bu tədbirlər Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələndi. Separatçı rejim diz çökdü və ağ bayraq qaldıraraq təslim oldu. İlham Əliyev hər məqamda həm xalqı, həm haqqı müdafiə etdi.
“Müharibəni udmaq mənim siyasi həyatımın missiyası olub” deyən Prezident fəaliyyəti dövründə var gücü ilə çalışdı ədaləti bərpa etdi, dağılmış daşları yerinə qoydu. Prezidentlik fəaliyyətinin 17 ilini torpaqların azad olunması məqsədilə hazırlıq işlərinə yönəltdi, ordunu zəfərə hazırladı, diplomatik cəbhədə Azərbaycanın üstünlüyünü təmin etmək üçün ən yüksək tribunalardan haqq səsimizi dünyaya çatdırdı. Azərbaycan tarixinə ən parlaq qələbəni yazdı, 30 illik həsrətə son qoydu. 44 gündə Ali Baş Komandanın müdrik sərkərdəlik keyfiyyətləri üzə çıxdı, dünya onu heyrətlə izlədi, vətən, yurd, torpaq sevgisinə təəccübləndilər. O, savaş günlərində dünyaya təkcə qalib sərkərdə, Müzəffər Ali Baş Komandan, qətiyyətli siyasətçi, adil dövlət başçısı, mahir diplomat kimi görünmədi. Belə bir həssas dönəmdə xalqın qarşısına çıxdı, sevindirici qələbə xəbərlərini çatdırdı. İllərlə yurd-yuvasından didərgin düşənləri torpağına qovuşdurdu. Ümidi sönməyən, inamı tükənməyən köçkünlərə 30 il sonra bundan gözəl hədiyyə ola bilməzdi. Doğma yurda köç həmin insanların gələcək yolunda işıq oldu.
Qurucu lider olan Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması üçün inanılmaz qətiyyət və əzmkarlıq göstərir. Görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha firavan etmək məqsədi daşıyır.
İşğaldan azad olunmuş ərazilərdə həyat yenidən qayıdır: infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Sülh və bərqərar həyat tərzinə alışan xalq, artıq tərəqqi və inkişaf üçün hədəflənir.
2024-cü ilin 7 fevralında keçirilən seçki ilə ölkədə demokratik, hüquqi dövlət quruculuğu dövrü başladı. Güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müstəqil və müasir Azərbaycanın qüdrətinə çevrildi, Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatına birdəfəlik daxil oldu.
Son 20 ildə Prezident İlham Əliyevin xarici siyasəti bir neçə mərhələdən keçərək Azərbaycanı regionun lider dövlətinə çevirməyi bacardı. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil edilən panel müzakirələr Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan diplomatiyasının tarixi qələbəsidir. Prezident İlham Əliyevin Münxendəki çıxışı və Vətən müharibəsinin nəticələri bir-birini tamamlayan uğurlardır. Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində nüfuzlu beynəlxalq media orqanları ilə sıx təmaslarını tarixi proses kimi dəyərləndirmək olar. Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev növbəti dəfə sübut etdi ki, o, böyük bir siyasi irsin daşıyıcısıdır və bu irs xalqının maraqlarını ən mürəkkəb vəziyyətlərdə belə qorumaq imkanını təmin edir.
Prezident seçkilərində İlham Əliyevə səs verən xalqımız əmindir ki, bu nailiyyətlərin davamı gələcək. Prezident andiçmə mərasimindəki nitqində bildirib ki, biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı addımlar atacağıq, xalqın həmrəyliyi əsas uğurumuzdur: “İkinci Qarabağ müharibəsindəki parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır. …Bu Qələbədə, bu tarixi Zəfərdə ölkəmizdə yaşayan hər bir xalqın öz dəyərli töhfəsi var”. Ölkə başçısının andiçmə mərasimindəki proqram xarakterli çıxışında bu amili xüsusi vurğulaması gələcək prioretitlərimizin müəyyənləşdirilməsinə işıq salır: “ Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi – bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur. Burada, əlbəttə ki, dövlət siyasəti də aparılır və aparılacaq”.
Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevi növbə-dənkənar seçkilərdə qazandığı növbəti böyük qələbə münasibəti ilə bir daha ürəkdən təbrik edir, müstəqil Azərbay¬can dövlətinin, xalqımızın daha xoşbəxt gələcəyi yollarında yeni-yeni uğurlar arzulayırıq.
Astara Pedaqoji Kolleci - APK