Astara Pedaqoji Kolleci – APK

Astara Pedaqoji Kolleci - APK
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı tədbirlər planına əsasən maarifləndirici tədbir keçirildi.

02 may 2024-cü il tarixində Astara Pedaqoji Kollecində COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda tələbələrin təqdimatları olmuşdur.

Tədbiri giriş sözü ilə açan kollecin direkrtoru Kamran Kazımov bildirmişdir ki. “Yaşıl dünya naminə həmrəylik ili” dövründə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Əsas məsələlərdən biri azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması, düşmənin vandalizminə və barbarlığına məruz qalmış zəngin meşələrin bərpa edilməsidir. “Ağıllı kənd”, “ağıllı şəhər” kimi müasir innovasiyalı layihələrin tətbiq edilməsi ekosistemə yeni yanaşmadır.
Tədbirdə çıxış edən Ekologiya və təbii sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və təbii sərvətlər idarəsinin müdiri Bəxtiyar Hüseynov vurğulamışdır ki,
44 gün davam edən Vətən müharibəsi və 24 saatlıq lokal antiterror əməliyyatları zamanı 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızı rəşadətli Ordumuz tərəfindən azad edilmişdir. 30 il ərzində torpaqlarımızda, meşələrimizdə, Milli Park və Qoruqlarımızda düşmən əsl vandallıq aktları törətmişdir. Bəsitçay və Qaragöl Dövlət Qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı Dövlət Təbiət Yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri işğalçı ordunun tapdağına məruz qalaraq məhv edilmişdir. Sonra isə kollecin ” Əraf mühitin qorunması və təbii sərvətlərdən istifadə ” ixtisasısının tələbələri Həsənli Sevən vəə Şirinov Nurlanın təqdimatlarıı dinlənilmişdir.
 
Astara Pedaqoji Kolleci - APK
 
 
Astara Pedaqoji Kolleci - APK
 
 
Astara Pedaqoji Kolleci - APK
 
 
Astara Pedaqoji Kolleci - APK