” Dönüşü mümkün yol” teatrı baş tutub.
Astara Gənclər evi SXM-nin və Astara Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə gənclərimizin ifasında növbəti forum-teatr keçirilib. Tamaşanın mövzusu əsrin bəlasına çevrilən narkomaniyaya qarşı təbliğatın aparılması olub. Onu da qeyd etmək lazımdır ki, tamaşanın ssenari müəllifi Röya Nəhmətli, quruluşçu rejissoru isə əməkdaşımız Zamin Ağazadədir.
Əziz gənc sən də, öz istedadınla teatr komandamızda yer almaq istəyirsənsə, o zaman bizə qoşulmağa tələs!