7 noyabr 2024-cü il tarixində Astara Pedaqoji Kollecində 8 Noyabr-Zəfər Günü münasibətilə musiqili bayram tədbiri keçirildi.
Tədbir iştirakçıları öncə torpaqlarımızın bütövlüyü, vətənimizin azadlığı uğrunda qurban gedən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Tədbiri girş sözü ilə açan kollecin direktoru, professor, Şəhid atası Kamran Kazımov 8 Noyabr-Zəfər Günü münasibətilə tədbir iştirakçılarının simasında bütün Azərbaycan xalqını təbrik edərək qeyd etdi ki, 44 gün davam edən işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə – Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.
Çıxış edənlər -Yeni Azərbaycan Partiyasının Astara Rayon təşkilatının sədri Həbib Cəfərov, Astara şəhər 1 saylı orta məktəbin direktoru, Astara Pedaqoji Kollecinin İctimai şura üzvü Xədicə Əliyeva möhtəşəm günlə qürur duyduqlarını bildirdilər.
Tədbirdə Zəfər Günü münasibətilə keçirilən voleybol yarışının, rəsm müsabiqəsinin qalibləri diplomlarla, kollecin Şəhid ailə üzvləri və tədbirdə iştirak edən vətən müharibəsi iştirakçıları fəxri fərmanla təltif olundular.
Kollecin direktoru, şəhid atası Kamran Kazımov Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının rəhbərliyi tərəfindən Fəxri fərmanla təltif olundu.
Tədbir tələbələrin maraqlı musiqili nömrələri ilə davam etdi.
Tələbələrin Zəfər Gününə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirildi.