Kollecdə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Yaşıl dünya” adlı məşğələ keçirildi.
11 oktyabr 2024-cü il tarixində Astara Pedaqoji Kollecində “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar İngilis dili FBK-sının müəllimi Ülviyyə Ağayevanın təşkilatçılığı ilə”Yaşıl dünya” adlı məşğələ keçirildi. Ülviyyə müəllim 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsindən, ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanmasının vacibliyindən bəhs edərək tələbələri maraqlandıran sualları cavablandırdı.
Sonda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş videoçarx nümayiş olundu.