27 Sentyabr Anım Günü

27 Sentyabr Anım Günü

27 Sentyabr Anım Günü münasibəti ilə Astara Pedaqoji Kollecinin direktoru və bir qrup əməkdaşı ilk öncə Şəhidlər xiyabanını ziyarət etdilər. Sonra 44 günlük haqq savaşımızda sinəsini Vətənə sipər edib şəhidlik zirvəsinə ucalan qeyrətli oğullardan Kamranın, Vüsalın, Arifin, Nurlanın məzarlarını ziyarət edib, məzarları önünə tər güllər düzüblər. Məhz bu gün şəhadətə yüksələn Arifin və Şahnurun ailələrinə baş çəkiblər.