Müasir dövrdə iş və karyera dünyasında rəqabətlilik getdikcə artmaqdadır. Belə olan təqdirdə isə karyera qurmaq heç də asan məsələ deyil. Bu məqsədlə
29 may 2024-cü il tarixində Astara Pedaqoji Kollecində kollecin buraxılış kurs tələbələrinin təcrübə keçdikləri müəssisə rəhbərləri ilə görüşü keçirilib. Kollecin direktoru, professor Kamran Kazımov ilk dəfə buraxılış kurs tələbələrinin işlə təmin olunması üçün təcrübə keçdikləri müəssisələrin rəhbərləri ilə razılaşma əldə edib. İşəgötürənlərin hamısı savadlı, bacarıqlı, səriştəli, müasir tələblərə cavab verə biləcək mütəxəssislərə ehtiyac duyduğunu bildiribər. Həqiqət həm də ondan ibarətdir ki, orta ixtisas müəssisələri də öz məzunlarının işə qəbul edilməsində ən çox marağı olan tərəfdir. Bu həm də orta ixtisas müəssisələrində təhsilin keyfiyyət göstəricilərindən ən vacibidir. Yəni, işəgötürənlər onların tələblərinə cavab verən mütəxəssisləri işə qəbul etməyə hazır olduğunu bildirirlər. Astara Pedaqoji Kollecinin direktoru isə işəgötürənlərin tələblərinə cavab verən mütəxəssislər hazırlamaq iqtidarında olduğunu bildirib. Kamran müəllimin bu layihəsi həm müəssisə rəhbərləri, həm də tələbələr tərəfindən rəğbətlə qarşılanıb. Tədbirdə Lənkəran Regional Poçt Filialı rəisi Ağayar Səfərov kollecin direktoruna minnətdarlıq edərək vurğulayıb ki, artıq bir neçə aydır kollecin məzunları onların müəssisələrində təcrübə keçirlər. Demək olar ki, poçt xidmətinin bütün işlərində tələbələr onların köməkçiləridir. Hal-hazırda vakant yerlərə bir neçə tələbənin məlumatları götürülüb, gələcəkdə vakant yer olduqda Astara Pedaqoji Kollecinin məzunlarını işlə təmin etməyə hazırdırlar. Sonra Hirkan Milli parkının direktoru Həsənov Vüsal da təcrübəçi tələbələrdən razılığını bildirib. Bir nəfər məzunun artıq işlə təmin olunmasına nail olunub. Əgər vakant yer olarsa Astara Pedaqoji Kollecinin məzunlarını işlə təmin edəcəyinə söz verib.