Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfiri cənab Örl Litzenberqer martın 31-də Astara Pedaqoji Kollecində oldu.
Cənab səfir ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Miqrasiya Agentliyi olan Beynəlxalq Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndiliyi tərəfindən həyata keçirilən “Dayanaqlıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində kollecə hədiyyə edilmiş kompüter otağının açılışını etdi.
Açılışda BMqT Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qjorqiyev də iştirak edirdi. Cənab səfir müəllim və tələbələrlə söhbət etdi və tələbələri maraqlandıran suallara cavab verdi.
Görüş çox maraqlı keçdi.