Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı Sərəncamla bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bununla əlaqədar olaraq Astara Pedaqoji Kollecində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Nizami Gəncəvi Yaxın Şərq xalqları mədəniyyətinin inkişafı tarixində müstəsna rolu olan ölməz sənətkardır. 1141-ci ildə Azərbaycanın qədim şəhərlərindən olan Gəncədə anadan olan şair bütün ömrü boyu bu şəhərdə yaşayıb-yaradıb və 1209-cu ildə vəfat edib. Böyük şairin zəngin yaradıcılığı qədim tarixə malik Azərbaycan mədəniyyətinin inkişafında yeni parlaq mərhələdir. Nizami öz əsərləri ilə Şərq ictimai bədii fikrində yeni bir səhifə açmış, bədii yaradıcılığa əsirlər boyu məhəbbətlə özlənilən bu gündə həyati əhəmiyyətini itirməyən ənənələr gətirmişdir.