Astara Pedaqoji Kolleci – APK

Astara Pedaqoji Kolleci - APK
       Kollecdə “Təhsil Krediti” mövzusunda maarifləndirici tədbir keçirildi. 24 aprel 2024-cü il tarixində Astara Pedaqoji Kollecində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondu tərəfindən “Təhsil Krediti” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə Təhsil Tələbə Krediti Fondunun Maliyyə və iqtisadiyyat şöbəsinin müdiri Tehranağa Abdullayev təhsil krediti, onun növləri və üstünlüklərindən, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək istiqamətində fondun fəaliyyətindən məlumat verərək tələbələri maraqlandıran sualları cavablandırdı.
Astara Pedaqoji Kolleci - APK
 
 
Astara Pedaqoji Kolleci - APK