Astara Pedaqoji Kolleci – APK

Astara Pedaqoji Kolleci - APK
            Əziz gənclər, gününüz mübarək!
02 fevral 2024-cü il tarixində Astara Pedaqoji Kollecində 2 Fevral Gənclər Günü münasibətilə tədbir keçirildi. Tədbirdə ilk öncə şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə kollecin direktoru, Fil.e.d. Kamran Kazımov açaraq 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri səmimi-qəlbdən təbrik etdi, hər birinə möhkəm cansağlığı, yüksək əhvali-ruhiyyə və gələcək işlərində uğurlar arzuladı.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildən etibarən Gənclər Günü kimi qeyd olunması ənənəsi bir daha təsdiq edir ki, gənclər siyasəti dövlətimizin sosialyönümlü siyasətinin və insan kapitalının məqsədyönlü inkişafının əsas istiqamətlərindəndir.
Göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycanda milli məfkurəyə sadiq və dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir olan bir nəsil yetişmişdir. Gənclərimiz bu gün həyatımızın bütün sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi gücünün, hərbi qüdrətinin artması və siyasi nüfuzunun yüksəlməsi, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara əsaslanan vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi işində qüvvə və bacarığını əsirgəmir, zəngin mədəni irsimizin qorunub saxlanması, təbliği yolunda mühüm addımlar atırlar.
Azərbaycanda həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli imkan yaratmaqla yanaşı, eyni zamanda, onda dərin vətənpərvərlik ruhu formalaşdırmışdır. Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazmışdır.
Sonra tədbir tələbələrin çıxışları ilə davam edib, gənclər siyasətinə həsr olunmuş videoçarx izlənilib.
Sonda kollecin Tələbə Gənclər Təşkilatının fəal üzvlərinə rəhbərlik tərəfindən təşəkkürnamə təqdim edilib.
Astara Pedaqoji Kolleci - APK
 
 
Astara Pedaqoji Kolleci - APK
 
 
Astara Pedaqoji Kolleci - APK
 
 
Astara Pedaqoji Kolleci - APK
 
 
Astara Pedaqoji Kolleci - APK
 
 
 
 
Astara Pedaqoji Kolleci - APK
 
 
Astara Pedaqoji Kolleci - APK
 
 
Astara Pedaqoji Kolleci - APK