Şəhidlərin xatirəsi yad edilib…

Şəhidlərin xatirəsi yad edilib...
Yanvarın 20-də Astara Pedaqoji Kollecinin direktoru, şəhid atası, professor Kamran Kazımov kollektivin bir qrup üzvləri ilə Şəhidlərin xatirəsinə salınmış abidə kompleksini ziyarət edərək önünə qərənfillər düzüblər. 
Sonra kollecin işçisi Səbinə Rəhimovanın həyat yoldaşı 44 günlük müharibədə şəhid olan Nurlan Rəhimovun ailəsini və kollecin tyutoru, şəhid qızı Azərim Əsədullayevanın atası, birinci Qarabağ müharibəsinin şəhidi Azər Əsədullayevin ailəsini ziyarət etmiş, şəhidlərin məzarı önünə güllər qoymuşlar. Kamran müəllim hər iki ailəyə başsağlığı bildirərək vurgulamışdır ki, ağrı- acı nə qədər dərin olsa da biz şəhidlərin hər birini qürur hissi ilə anırıq.