Kollecdə Məzun günü

Kollecdə Məzun günü
29 iyun 2024-cü il tarixində Astara Pedaqoji Kollecində Məzun günü keçirildi. Məzun günü şəhidlərin əziz xatirəsinin yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Kollecin direktoru professor Kamran Kazımov təbrik çıxışı zamanı qeyd edib ki, tələbəlik illəri insan həyatında yer tutan ən önəmli dövrü təşkil edir. Həmin dövr gəncliyin xoş günlərini özündə əks etdirməklə yanaşı hər hansı bir ixtisasa, elmə, biliyə yiyələnmək, gələcəkdə ondan daim yararlanmaq baxımından tələbələrin həyatında böyük izlər qoyur. Qeyd olunub ki, kollecin də məqsədi məhz intellektual, bacarıqlı, vətənpərvər gənclər yetişdirməkdir.
Bu illər ərzində məzunların ictimai həyatda da aktiv olduğunu diqqətə çatdıran direktor bildirib ki, məzunlar təkcə auditoriyada deyil, eyni zamanda ictimai fəallıq göstərərək kollecin bütün tədbirlərində fəal iştirak ediblər.
Tədbirə dəvət olunan qonaqlar məzunlara yeni həyata qədəm qoyduqlarını vurğulayaraq, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Mərasim zamanı pedaqoji fəaliyyətinə və ictimai işlərdə fəal iştirakına görə fərqlənən müəllimlərə, kollecin məzunlarından ümümi orta müvəffəqiyyət göstəricilərinə və ictimai işlərdə fəallıq göstərən tələbələrə Fəxri fərman və təşəkkürnamə təqdim olunub.
 
    Posted Under
    Kateqoriyasız