Astara Pedaqoji Kolleci – APK

Astara Pedaqoji Kolleci - APK
            Azərbaycan Respublikası Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2024-cü il üçün İş Planına əsasən
15 mart 2024-cü il tarixində Astara Pedaqoji Kollecində “Narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və problemlər” və “Erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadları” na həsr olunmuş tədbir keçirildi. Tədbir iştirakçıları öncə Vətən uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Astara Pedaqoji Kollecinin direktoru, filologiya elmlər doktoru, şəhid atası Kamran Kazımov tədbiri giriş sözü ilə açaraq bildirdi ki, “Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin səmərəliliyi üçün birgə səylərlə ciddi, kəskin, barışmaz və ardıcıl tədbirlərin həyata keçirilməsi olduqca zəruridir”.
Kollecin Biologiya müəllimi Aygün Səfərova “Narkomaniyaya yox deyək” mövzusunda məruzə etdi.
Tədbirdə çıxış edənlər Müharibə, əmək və silahlı qüvvələr veteranları təşkilatının sədri, istefada olan polis polkovnik-leytenantı, Astara Pedaqoji Kollecində İctimai şura sədri Rafiq Əliyev, Astara Rayon İcra Hakimiyyətində humanitar şöbənin məsul əməkdaşı Fikrət Talıbov , Astara rayon Mərkəzi Xəstəxanasının həkimi Fuad Səmədov, Astara rayon 1 saylı orta məktəbin direktoru, Astara Pedaqoji Kollecində İctimai şura üzvü Xədicə Əliyeva, YAP Astara rayon təşkilatının təşkilati məsələlər üzrə məsləhətçisi Elçin Məmmədəliyev, Astara rayon Şüvi kənd məktəbinin direktoru, Astara Pedaqoji Kollecində İctimai şura üzvü Adil Rzayev, Mərkəzi Kitabxananın müdiri Emin Baxşiyev, kollecin Kimya-biologiya müəllimi Nilufər Baxşiyeva narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlardan, dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan, ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən və erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadlarından bəhs edərək tələbələri maraqlandıran sualları cavablandırdılar. Sonda videoçarx izlənildi.
Astara Pedaqoji Kolleci - APK
 
 
Astara Pedaqoji Kolleci - APK
 
 
Astara Pedaqoji Kolleci - APK
 
 
Astara Pedaqoji Kolleci - APK