Mayın 10-da Astara Gənclər evində Astara rayon Gənclər və İdman İdarəsin, Astara Pedaqoji Kollecinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Breyn-rinq” İntellektual oyunu keçirilmişdir. Yarışda Astara Pedaqoji Kolleci tələbələrindən ibarət 10 komanda : “Dəmir yumruq” , “Aypara” , “Zirvə” , “Günəş” , “Birlik”, “Zəfər” , “Payız” , “Ulduzlar” , “Cəbrayıl” , “Qələbə” iştirak etmişdir və yarış 3 mərhələdə davam etmişdir. 1-ci mərhələdə 25 , 2-ci mərhələdə 10 sual komandalara verildikdən sonra, 2 komanda – “Zirvə” və “Aypara” komandaları final mərhələsinə yüksəlmişdirlər. Sonda “Zirvə” komandası l yer, “Aypara” ll yer, “Günəş” lll yerə layiq görülmüşdür. Zirvə komandasının tərkibində I K (Kompüter sistemlərində proqram təminatı ixtisası) qrup tələbələri Aytac Əliyeva, Elnur Məmmədov, Aysel Vahabzadə, Türkanə İbrahimova olmuşdur.