Nəsiminin 650 illik yubileyi

Nəsiminin 650 illik yubileyi

Dahi Azərbaycan şairi və mütəfəkkiri İ.Nəsiminin 650 illik yubileyinin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin sərəncamına kollecimiz biganə qalmayıb. Bu sərəncamla bağlı silsilə tədbirlərin keçirilməsi davam edir.

Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır.

Bu əlamətdar hadisəyə Astara Pedaqoji Kollecinin kollektivi də biganə qalmayıb.  16.10.2019-cu il tarixində Astara Pedaqoji Kollecinin kollektivi tələbələrlə bərabər Toradı kəndində yerləşən «Gəlin qaya» da İmadəddin Nəsiminin şəklini dalğalandıracaqlar.

  • Nəsiminin 650 illik yubileyi