Astara Pedaqoji Kollecində 9may Qələbə gününə həsr edilmiş tədbir keçirilib.

Kollecin «Ailə və ev təhsili» ixtisasında təhsil alan tələbələr 9 -May Faşizm üzərində qələbə çaldığımız gündür başlığı altında maarifləndirici tədbir təşkil etmişdirlər.Tədbiri giriş sözü ilə kollecin direktoru Ağababa İbrahimov açmışdır.Tələbələr Tədbir boyunca bir birindən maraglı səhnəçiklər nümayiş etdirmişdirlər

«Ana və poçtalion», » Can nənə bir nağil de» «Azərbaycan 2050-ci ildə » və Bizim Cəbiş müəllim filmindən bir fraqmetn nümayiş olundu Tədbir tələbələr tərəfindən çox maraqla izlənildi.

Təbirin sonunda tələbələrə kollecin ictimai işlərində fəal iştirakına görə diplomlar verildi.