BİLDİRİŞ

Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin əməkdaşları tərəfindən 01 aprel 2019-cu il tarixində saat 14-00 da Astara Pedaqoji Kollecində müəllimlərin işə qəbulu prosesi ilə əlaqədar seminar keçiriləcək
Təhsil Nazirliyi İnsan Resursları Mərkəzinin əməkdaşları tərəfindən Astara Pedaqoji Kollecində pedaqoji ixtisaslar üzrə buraxılış kurslarında təhsil alan tələbələrlə maarifləndirmə məqsədilə dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu prosesi ilə bağlı seminar keçiriləcək. Seminarın keçirilməsində məqsəd ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydaları, müsabiqənin mərhələləri barədə ətraflı məlumat vermək, Orta-ixtisas və ali təhsil müəssisələrinin buraxılış kursunda pedaqoji profilli ixtisaslar üzrə təhsil alan tələbələri sözügedən müsabiqədə iştiraka təşviq etməkdir.

Seminar zamanı tələbələrə İnsan Resursları Mərkəzinin fəaliyyəti dövrünü əks etdirən bukletlər paylanılacaq, təqdimat nümayiş ediləcək və tələbələrin sualları cavablandırılacaq.