Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirildi.

Xocalı  soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirildi. Tədbir iştirakçıları ilk öncə Xocalı soyqrımında və vətən uğrunda şəhid olan həmvətənlərimizin xatirəsini 1 dəqiqəlik sükütla yad etdilər. Tədbiri giriş sözü ilə kollecin direktoru Ağababa İbrahimov açaraq bildirdi ki, o gecə mühasirəyə alınan, bombalanan Xocalıda qalmış təqribən 2500 nəfər xocalılı  Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının 10 illiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu” .Direktor qeyd etdi ki, bu soyqrımın 27-ci ildönümü ilə əlaqədar Kollecdə tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Plana əsasən kollecin foyesində tələbələrin çəkdikləri şəkillərdən ibarət rəsm sərgisi təşkil edilmiş, dəhlizdə foto stent açılmış, kitabxanada xüsusi guşə yaradılmış, Tələbə Gənclər Təşkilatının və Fənn Birləşmə Komissiyalarının bülletenlərində Xocalı soyqrımına həsr edilmiş xüsusi nömrələr buraxılmış, bu gün yəni 26 fevral tarixində ilk dərslər Xocalı soyqrımına həsr olunmuş və Astara şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunmuşdur. Daha sonra Xocalı faciəsini əks etdirən videoçarx nümayiş etdirildi.

Tədbir tələbələrin çıxışı ilə davam etdirildi .Xocalı şəhidlərinin anım günündə Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə görsətdiyi qayğı və diqqət vurğulanaraq şəhid ailələri ilə görüşünü əks etdirən videoçarx nümayiş etdirildi. Daha sonra aparıcı qeyd etdiki «Xocalı soyqırımı indiyədək dünyanın 16 ölkəsi,  Amerika Birləşmiş Ştatlarının 24 ştatı tərəfindən tanınıb və pislənilib.Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu qətliamın xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti, dünya azərbaycanlıları məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.Kollecin tələbələri Xocalı hadisələri haqqında ingilis dilində məlumat verdilər .Burda məqsədimiz Xocalı soyqırım haqqında beynəlxalq aləmə məlumat verməkdir.Qoy onlar ermənilərin iç üzünü tanısınlar!