“Narkomaniyaya yox deyək”

 

İyunun 8-də Astara Pedaqoji Kollecində “Narkomaniyaya yox deyək” mövzusunda  keçirilən görüşdə rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov,   Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Rayon Icra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Fikrət Talıbov, rayon ağsaqqallar şurasının sədri, sabiq polis polkovniki Rafiq Əliyev, yetkinlik yaşına çatmayanlarla profilaktik təşkili qrupunun polis inspektoru, polis kapitanı  Anar Atakişiyev,  rayon ziyalılar cəmiyyətinin sədri Mircəfər Babazadə iştirak etmişlər.  Pedaqoji Kollecin direktoru Ağababa İbrahimov rayon polis şöbəsi tərəfindən keçirilən maarifləndirmə tədbirlərini yüksək qiymətləndirmiş, müzakirə olunan məsələ barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş və “Narkomaniyaya Yox Deyək” adlı maarifləndirici videoçarx izlənilmişdir.

Rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov  tələbələrlə keçirilən görüşlərdə çıxış edərək əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə məktəbin müəllim və şagird kollektivini təbrik etmiş, dövlət müstəqilliyinin qorunması və möhkəmlənməsi yolunda onlara uğurlar arzulamışdır. O,  qeyd etmişdir ki, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Biz hər birimiz çalışmalıyıq ki, yetişən gənc nəsil sağlam böyüsün, valideynlərinin etimadını doğrultsun, Vətənə layiqli övlad olsun. Təəssüf ki, aramızda narkomaniyaya meyl edən yeniyetmə və gənclərə də təsadüf etmək olur. Odur ki, məktəb kollektivlərində izahat və maarifləndirmə işləri müntəzəm aparılmalıdır.

Natiq həmçinin bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirib.

Yetkinlik yaşına çatmayanlarla profilaktik təşkili qrupunun polis inspektoru, polis kapitanı  Anar Atakişiyev narkomaniyanın  törətdiyi bəlalar, faciələr, bu xəstəliyə qarşı profilaktik tədbirlərin, xüsusən məktəbli gənclər arasında geniş təbliğat və izahat işlərinin aparılmasının vacibliyini bu sahədə müntəzəm olaraq işlərin təşkilini və davam etdirilməsini xüsusi vurğulamışdır. Pedaqoji kollektivlər məktəbli gənclərin davranışlarını müntəzəm izləməli, siqaret çəkilməsi  və digər xoşagəlməz hərəkətlərə şagirdləri müəyyənləşdirməli və aidiyyəti üzrə vaxtında məlumat verməlidirlər.

Rayon icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Fikrət Talıbov, Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, rayon ağsaqqallar şurasının sədri Rafiq Əliyev, rayon ziyalılar cəmiyyətinin  sədri Mircəfər Babazadə, çıxış edərək polis işçiləri tərəfindən məktəblərdə belə görüşlərin keçirilməsini yüksək qiymətləndirmiş, onlara təşəkkür və minnətdarlıqlarını bildirmişlər.