Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Mayın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Astara Pedoqoji Kollecində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir  keçirilmişdir.

Tədbiri  çıxış  sözü ilə Astara Pedaqoji Kollecin direktoru Ağababa İbrahimov açdı.Rəhbərlik etdiyi təhsil ocağı ilə Fondun əməkdaşlığı barədə danışaraq Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rolunu yüksək dəyərləndirdiyini bildirdi.
Bilik Fondunun əməkdaşı Abbas Əliyev Fondun Cümhuriyyət tariximizlə bağlı keçirdiyi silsilə tədbirlər  barədə məlumat verdi.
“Astara” qəzetinin baş redaktoru  Fəridə Söhrabqızı çıxışında Cümhuriyyət liderlərinin müstəqillik yolundakı fədakarlıqlardan, bizə miras  qoyduğu dövlətçilik ənənələrindən danışdı.
Tədbirdə Astara Pedoqoji Kollecin tələbəsi Səbinə Əlizadə Fondun təşkilatçılığı ilə “Cümhuriyyət-tariximiz və qürurumuzdur” layihəsi çərçivəsində keçirilən “Azərbaycan Xalq Cümhuriyyəti haqqında bildiklərimiz” mövzusunda müsabiqəsinin qalibi olduğuna görə Fondun  diplomu ilə təltif olundu.