Astara Pedaqoji Kollecində Ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər kecirilir

 

Astara Pedaqoji Kollecində Ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər kecirilir. İlk tədbir “ Sən elə bir zirvəsən”adlı tədbir 04 may 2018-ci il tarixində keçirilmişdir.

Tədbiri giriş sözü ilə kollecin direktoru fəlsəfə elimləri doktoru fizika-riyaziyyat elmlər namizədi Ağababa İbrahimov açdı.O, qeyd etdi ki, Böyük şəxsiyyətlərin hər hansı bir xalqın taleyində oynadığı rolun nə qədər önəmli olduğunu sübut etməyə ehtiyac yoxdur. Böyük şəxsiyyətlərin hər hansı bir xalqın taleyində oynadığı rolun nə qədər önəmli olduğunu sübut etməyə ehtiyac yoxdur. Bu baxımdan, ulu öndərimiz Heydər Əlirza oğlunun Azərbaycan xalqının bu günü və gələcəyi naminə həyata keçirdiyi taleyüklü işlərdən indiki vaxtda söz açmağa dəyər. H.Əliyev haqqında, onun dahiliyi, müdrikliyi, böyük siyasi xadim olması barədə yüzlərlə kitablar yazılıb və əminik ki, hələ bundan sonra da belə kitablar yazılacaqdır.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqı uçun böyük lider idi və o, siyasətə də elə lider kimi gəlmişdi. Liderlik öz-özünə baş vermir və bunu zorla xalqa qəbul etdirmək də mümkün deyil. Azərbaycan xalqı özü onu lider kimi qəbul etdi və o, 30 ildən çox Azərbaycan dövlətinə başçılıq etdi. çağdaş tariximizdə Azərbaycan dövlətinə bu qədər böyük bir zaman kəsiyində başçılıq etmiş Heydər Əliyevin dövlətçilik tariximizdə qoyub getdiyi irs bu gün də, sabah da öyrənilməlidir. Çünki bu irs o qədər zəngindir ki, onu araşdırmaq və lazımi səviyyədə öyrənmək üçün illər tələb olunur.

Kollecin direktoru Ağababa İbrahimovun açılış çıxışından sonra tədbiri II kurs tələbəsi Əliyeva Sevər “Sarı gəlin” rəqsi ilə açdı
Tədbirin aparıcıları Vüsal Həydərov və Gülnurə Cəbrayılova IV kurs tələbəsi Həsənova Aytacı “Yaşa mənim xalqım” mahnısını ifa etmək üçün səhnəyə dəvət etdilər.Daha sonra isə I kurs tələbəsi Hüseynzadə Aynuru “Heydər baba “ şerini söylədi, II kur tələbəsi Əliyeva Hüsniyəni Arşın mal alan filmindən bir parça nümayiş etdirərək tədbirə rəng qatdı. I kurs tələbələri Zöhrabova Heyran və Məmmədov Əli şeir söylədilər Sonra daha bir müsiqi nömrəsi , Səfərova Nilufəri “Qara Qarayev Don Kixot əsərini pioninoda ifa etdi.IV kurs tələbəsi Yusubova Səbinəni “İlhamla addımlayır Azərbaycan irəli”söyləyərək Ulu öndər Heydər Əliyev irsinin layiqli davamçısı olan Prezident İlham Əliyevin Azərbaycan xalqı üçün əvəz olunmaz siyasətini vurğuladı.
Tədbirin sonunda III kurs tələbəsi Cəfərova Nigar“Муслим МАГОМАЕВ «Синяя вечность» mahnısını ifa etdi.