1 mart-Ümumdünya mülki müdafiə günü

1 mart-Ümumdünya mülki müdafiə günü
01 mart 2023-cü il tarixində Astara Pedaqoji Kollecində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin “1 mart-Ümumdünya mülki müdafiə günü” ilə əlaqədar “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusu ətrafında tədbir keçirilmişdir. Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzin Mülki Müdafiə İdarəsinin rəisi, polkovnik Araz Hüseynov, DYNX-nin Cənub Regional DYNİ-nin Dövlət Yanğın Nəzarəti, şöbəsinin rəisi, d/x polkovnik-leytenantı Samir Kərimov,Astara Rayon İcra Hakimiyyətinin şöbə müdiri Xanverdi Şirinov iştirak etdilər.
Mülki Müdafiə İdarəsinin Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi, kapitan Mirabbas Rzayev və Maarifləndirmə sektorunun müdiri Zaur Hüseynov çıxışlar etdilər.
Tədbirdə Astara Peadqoji Kollecin 100 nəfər tələbə, müəllimi və rayonun icra nümayəndələri, bələdiyyə sədrləri iştirak etmişdir. Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili, eləcə də 1 mart- mülki müdafiə tədbirlərinin mahiyyəti barədə dinləyicilərə geniş məlumat verilmiş, Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanmış maarifləndirici videoçarxlar və Xilasetmə avadanlıqları nümayış etdirilmişdir.