«Siqaretə yox» maarifləndirici tədbir

"Siqaretə yox" maarifləndirici tədbir
09 mart 2023-cü il tarixində Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Astara Pedaqoji Kollecində “Siqaretə yox!” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə RİHB aparatının böyük məsləhətçisi — Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Fikrət Talıbov, RİHB aparatının aparıcı məsləhətçisi — “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya”nın məsləhətçi-psixoloqu Günel Lətifzadə, RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Fəhmin Qurbanov, RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Şahin Musazadə, RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Sübhan Əlizadə, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov iştirak etmiş, tələbə-gənclərə tütün və tütün məmulatlarından istifadənin zərərləri haqqında məruzələr oxunmuş, gənclərin pis vərdişlərə yiyələnməsinin cəmiyyət və dövlət üçün acı nəticələrindən danışılmış, hazırda dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da tütünlə mübarizənin ciddi şəkildə aparıldığı qeyd edilmiş, dövlət siyasətində əhalinin sağlamlığının qorunmasının prioritet istiqamətlərdən biri olduğu vurğulanmışdır.