
Astara rayon Heydər Əliyev Mərkəzində “Ədalətli və davamlı sülh insan hüquqlarının müdafiəsinə xidmət edir ” mövzusunda dəyirmi masa keçirilmişdir.22 sentyabr 2022-ci il tarixində Ombudsmanın Cənub Regional Mərkəzi, Astara rayon Heydər Əliyev Mərkəzi və Astara rayon Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 2022-ci il 14 mart tarixli 12-ci iclasının qərarı ilə təsdiq edilmiş “2022-ci ildə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin maarifləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər üzrə Fəaliyyət Planı”nda Dayanıqlı İnkişaf naminə sülhsevər və inklüziv cəmiyyəti təşviq etmək məqsədilə “Ədalətli və davamlı sülh insan hüquqlarının müdafiəsinə xidmət edir” mövzusunda dəyirmi masa keçirilmişdir.Şəhidələrin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayilov və Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova tədbirin mövzusu ilə bağlı çıxış etmişlər.
Daha sonra müstəqil Azərbaycan dövlətinin sülh siyasəti, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan ordusunun Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatı və ordumuzun layiqli cavab verməsi, bu təxribatlarla Ermənistanın sülh istəməməsi, yenə də revanşist fikirlərlə yaşaması, ölkəmizin ərazi bütövlüyünü təmin etməklə bölgəyə ədalətli və davamlı sülh gətirdiyini diqqətə çatdırılmışdır.