Heydər Əliyev Mərkəzində ekskursiya

Heydər Əliyev Mərkəzində ekskursiya
22 sentyabr 2022–ci il tarixində Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov və Astara rayon Pedaqoji Kollecinin müəllim və tələbələri Astara rayon Heydər Əliyev Mərkəzində ekskursiyada olmuşlar.
Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova ekskursiyaya gələn ziyarətçilərə Azərbaycan xalqının Ümümmilli Lideri Heydər Əliyevin zəngin və mənalı ömür yolunu əks etdirən fotoşəkillər, sənədlər, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Astara rayonuna səfərlərini əks etdirən fotoşəkillər haqqında məlumat vermişdir.