Ödənişli əsaslarla əyani təhsil alan Astara Pedaqoji Kollecinin tələbələrinin nəzərinə !

Ödənişli əsaslarla əyani təhsil alan Astara Pedaqoji Kollecinin tələbələrinin nəzərinə !

        Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” 2020-ci il 13 aprel tarixli 138 nömrəli Qərarına əsasən , Azərbaycan Respublikasının təhsil müəssisələrində  ödənişli əsaslarla əyani təhsil alan sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020/2021-ci  tədris ilinin (birinci) payız semestri  üçün təhsil haqqı xərcləri  dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcəkdir.

       Aşağıda qeyd olunan tələbələr sosial baxımdan həssas əhali qrupuna aid edilən ailənin üzvü sayılır:

  1. ünvanlı dövlət sosial yardim alanlar ;
  2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:
    • I və II dərəcə alilliyi olan  şəxslər ;
    • Işsiz kim  qeydiyyatda olanlar  ;
    • Yaşa görə əmək pensiyaçıları ;
    • Yaşa görə sosial müavinət alanlar .

        Bu kateqoriyalara aid olan ödənişli əsaslarla əyani təhsil alan tələbələr  15 oktyabr 2020-ci il tarixindən etibarən  “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin  https://e-telebe.edu.az  elektron portalı vasitəsi ilə müraciət etməlidirlər  .

           Qeyd:

  1. Cari ildə yeni qəbul olan tələbələr barədə məlumatlar müəsissə tərəfindən https://e-telebe.edu.az elektron portalına yerləşdiriləcəkdir.
  2. 2019/2020-ci tədris ilinin yaz semestrində müraciət etmiş tələbərin yenidən müraciət etmələrinə ehtiyac yoxdur.
  3. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq 2019/2020-ci tədris ilinin yaz semestrində sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı  https://e-telebe.edu.az elektron portalına özləri müraciət etməlidirlər.

  Cari ildə yeni qəbul olan tələbələr təcili olaraq aşağıda qeyd olunan sənədləri kollecin telebe.edu.az@mail.ru elektron ünvanına təqdim etsinlər.

  1. Doğum haqqında şəhadətnamə ;
  2. Valideynlərinin şəxsiyyətini təsdiq edən sənəd ;
  3. Tək valideyni olduqda digər valideynin ölüm haqqında şəhadətnaməsi;
  4. Oğlan tələbələr isə İlkin Hərbi Qeydiyyata Alınma Haqqında Vərəqəsini;
  5. Valideynlərinin hər ikisinin işlək mobil nömrələri;
  6. Hər bir tələbə oxuduğu ixtisası və kursu qeyd etməlidir.

Astara Pedaqoji Kolleci tərəfindən məsul şəxs kimi Süleymanov Nahid Nadir oğlu  və  Arizzadə Nurlana Bəxtiyar qızı təyin edilmişdir.

https://e-telebe.edu.az  elektron portalına müraciət etmiş tələblərdən onların müraciətini təsdiqedici sənəd tələb olunduqda , sənədlərin vaxtında təqdim olunması zəruridir.

            Əlaqə nömrələri : (+994) 70 232-04-05

                                                   (+994) 50 694-72-36