Ağac əkimi

Ağac əkimi

Bügün Astara Rayonunda IDEA İçtimai Birliyinin dəstəyi ilə az təminatlı ailələrə kömək məksədi ilə ağac əkmə aksiyası keçirilib. Aksiyada kollecin müəllim və tələbələri iştirak edib.
Təbiətimizi qoruyaq!

Dostlar, aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihəmizə davam edirik! Bu həftə, 22-ci rayonumuzda – Astarada meyvə bağımızı saldıq. Yerli könüllülərlə birgə biz ərazidə 1250 ədəd feyxoa ağacı əkərək, aztəminatlı ailələrin təmənnasız istifadəsinə verdik.
Bu layihə IDEA İB, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə həyata keçirilir. Layihənin məqsədi aztəminatlı ailələrin davamlı gəlir əldə etməsi, əhalinin rifahının yaxşılaşdırılması və ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına töhfə verməkdir.

  • Ağac əkimi